Korrupsiya: Mübarizədən çox görüntü yaratmağa oxşayır
Bakı/27.04.21/Turan: “Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizə sistemli xarakter daşımır və mübarizə aparmaqdan daha çox görüntü yaratmağa xidmət edir”. “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər bunu Turan-ın “Çətin Sual” proqramının aprelin 27-də efirə getmiş buraxılışında bildirib.
Mövzunun aktuallığı isə onunla bağlıdır ki, aprelin 26-da hüquq-mühafizə orqanları Şəmkir rayon İcra hakimiyyətinin başçısını, rayonun bəzi vəzifəli şəxslərini həbs edib.
Hüquq müdafiəçisi deyir ki, bununla yanaşı, son günlər 15-20-yə yaxın həkim rüşvət və mənimsəmə ittihamı ilə həbs edilib.
Bundan irəli gələrək müəllif Azərbayanda rüşvət və korrupsiyaya qarşı mübarizə getdiyini desə də, Zaur Əkbər elə düşünmədini söyləyir.
Onun fikrincə, ölkədə siyasi idarəetmə sistemi necədirsə, rüşvət və korrupsiyaya qarşı mübarizə də elədir.
“Əgər ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə getsə idi, indiyə bu məsələ başa çatmış olmalı idi. Amma, görünən odur ki, burada mübarizədən çox, mübarizə aparmaq görüntüsü yaradılır, aşağı ranqlı bir neçə nəfər həbs edilir. Əgər ciddi mübarizə gedirsə, onda indi həbs olunan icra başçıları niyə əvvəlkilərdən ibrət götürmürlər?”, deyə Zaur Əkbər mövqeyini ifadə edir.
Zaur Əkbər deyir ki, Azərbaycanda rüşvətə və korrupsiyaya qarşı mübarizə ona görə başa çatmayacaq ki, insanların maaşları aşağıdır, tələbatlarını ödəmir, digər tərəfdən isə klanlar arasında mülkiyyətin “yenidən bölüşdürülməsi” kimi proses bitməyib.
Hüquq müdafiəçisi deyir ki, açıq şəkildə olmasa da, gizli rüşvət də, korrupsiya da öz işini görür və davam edir.
Onun fikrincə, Azərbaycanda rüşvət və korrupsiya artıq tərzə dönür, bunun qarşısını almaq mümkün görünmür və hər kəs öz mərtəbəsində verə biləcəyi qədər “rüşvət” verir.
“Odur ki, bu bəla idarəetmə sisteminin özündən gəlir və avtoritar rejimə xas olan xüsusiyyətdir”, deyə Zaur Əkbər bildirir.
Bu vəziyyətdən çıxış yoluna gəlincə, Zaur Əkbər hesab edir ki, burada kompleks tədbirlər görülməlidir. Ona görə, əvvəla, ölkədə fundamental insan hüquqları tanınmalıdır, cəmiyyətin idarəetmə üzərində nəzarəti təmin olunmalıdır, hər bir əməkçi ləyəqətli maaş almaq və yaşamaq hüququna malik olmalıdır.
Onun fikrincə, hüquq-mühafizə, məhkəmə-hüquq, təhsil, tibb işçiləri və s. elə yüksək maaşla təmin olunmalıdırlar ki, rüşvətə və korrupsiyaya meyl etməsinlər. -05B-
Çətin sual
-
ABŞ-nin yeni Prezidenti Donald Trampın dünya və regionla bağlı siyasəti, Azərbaycanın iqtidar rəsmilərinin onun siyasətindən gözləntiləri barədə Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Aleks Raufoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
ABŞ-nin yeni Prezidenti Donald Trampın dünya və regionla bağlı siyasəti, Azərbaycanın iqtidar rəsmilərinin onun siyasətindən gözləntiləri barədə siyasi analitik Əhməd Əlili Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
ABŞ-nin 47-ci Prezidenti Donald Tramp yanvarın 20-də and içərək vəzifəsinin icrasına başladı.
-
İmişlidə yol-patrul xidməti əməkdaşının iki azyaşlının ölümü, ikisinin isə ağır yaralanmasıyla nəticələnən qəza törətməsi, ardınca rayondakı etirazlarla bağlı sosial şəbəkələrdə paylaşım edən şəxslərin polislər tərəfindən təqib və təzyiqlərə məruz qalması ilə bağlı müstəqil siyasətçi Asif Yusifli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz