Мазахир Панахов
Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının sədri seçilib
Bakı/27.04.21/Turan: Bu gün, aprelin 27-də Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.
Qanunvericiliyə uyğun olaraq Milli Məclis bu gün Mərkəzi Seçki Komissiyasının yeni üzvləri seçib.
“Seçki Məcəlləsi”nə əsasən, MSK üzvləri Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyasının, Azərbaycan Demokratik İslahatlar Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Böyük Quruluş Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Cəbhə Partiyasının, Vəhdət Partiyasının, Vətəndaş Birliyi Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatlarına əsasən seçilib. MSK 18 üzvdən ibarətdir.
Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.
Məzahir Pənahov 19 may 2000-ci ildən Mərkəzi Seçki Komissiyasının sədridir. Onun 70 yaşı var.
Onun sədrliyi ilə ölkədə keçirlən prezident, parlament və bələdiyyə seçkilərinin heç biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən beynəlxalq standartlara uyğun seçki kimi tanınmayıb.-03-
-
- Cəmiyyət
- 27 Aprel 2021 16:41
-
- Çətin sual
- 27 Aprel 2021 17:14
Siyasət
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
-
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.
-
Yanvarın 24-də Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfərə gedib.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 341
Rəy yaz