![Mədəniyyət xadimləri hakimiyyətdən sədəqə gözləməməlidi](https://turan.az/resized/media/2019/main/030400017219-750-500-resize.webp)
Mədəniyyət xadimləri hakimiyyətdən sədəqə gözləməməlidi
Bakı/04.03.19/Turan: Martın 1-də dövlət başçısının mədəniyyət və incəsənət xadimləri ilə görüşündə iştirakçılar əsasən şəxsi problemlərinin və xahişlərinin həlli ilə məşğul idilər. Bu zaman mühüm dövlət məsələləri, mədəniyyət problemləri kənarda qaldı. Bu barədə "Amerikanın Səsi" radiosuna müsahibəsində Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bu görüşün məzmununu şərh edərkən bildirib.
"Kimsə ziyalılığa iddialıdırsa, ziyalı xalqın təmsilçiliyi deməkdir. Biz orada xalqın təmsilçiliyini görmədik. Hərə öz lokal, məhəlli, təşkilati problemləri ilə maraqlandı və söhbəti də əsasən, bu, məzmunda qurdu. Halbuki o fürsətdən tamamilə ayrı formada yararlanmaq olardı. Ölkədə yaranmış sosial-iqtisadi mənzərəni, ölkə torpaqlarının nə üçün 25 il ərzində işğaldan azad olunmamasının səbəblərini, əhalinin sosial vəziyyətinin bu qədər ağır olmasını ölkə başçısının diqqətinə çatdırılması baxımından bu fürsətdən istifadə etmək lazım idi. Təəssüf ki, bu, baş vermədi", deyə Həsənli qeyd edib.
Bu gün mədəniyyət sahəsində anormal vəziyyət yaranıb. Bu sahənin nümayəndələri özləri qazana bilmirlər və hakimiyyətdən dəstək istəmək məcburiyyətindədirlər. Bu, mədəniyyət işçilərinin kommersiya fəaliyyəti üçün normal şəraitin olmamasının nəticəsidir.
Eyni zamanda, ayrı-ayrı şəxslərə dəstək, onlara mənzil, təqaüd və digər maddi yardımların verilməsi mədəniyyətin qeydinə qalınması kimi qələmə verilir.
Bu yanaşma mədəniyyət xadimlərini hakimiyyətdən asılı hala salır. Bundan başqa, bu, qalan vətəndaşlara - ölkənin vergi ödəyicilərinə qarşı ədalətsizlikdir, deyə o qeyd edib.
Məsələn, niyə illərlə cəbhə xəttində xidmət edən zabitə yox, şou-biznes nümayəndəsinə ev verilməlidir?
Ümumiyyətlə, hakimiyyətin vəzifəsi normal şərait yaratmaqdan ibarətdir ki, onlar öz əməkləri ilə qazana bilsinlər - kitab, musiqi əsəri yazıb, rəsm əsərləri çəkib sata bilsinlər, hakimiyyətdən əmək haqqı istəməsinlər, deyə Həsənli qeyd edib. -03B-
-
- Siyasət
- 4 Mart 2019 16:21
Çətin sual
-
Tramp administrasiyasının USAİD-lə bağlı iddiaları, bu iddialara Azərbaycanın hökumətyönlü mediasının qoşulması və səslənən ittihamların əsaslı olub- olmaması barədə REAL Partiyasının sədri Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərində iştirak 31,45 faiz təşkil edib. Bu barədə MSK-dan məlumat verilib.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti yoxdur.
-
Son günlər Azərbaycanın hökumətyönlü mediasında xeyli təəccüb və sual yaradan - Rusiyaya qarşı aparılan ənənədən uzaq olan propaqanda, Rus evində casus axtarışı, Milli Şuranın Rusiya ilə bağlamaq cəhdləri barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz