Dörd ölkənin XİN başçıları Xəzər-Qara dəniz dəhlizini inkişaf etdirmək barədə razılığa gəliblər
Bakı/04.03.19/Turan: Martın 4-də Buxarestdə Rumıniya, Azərbaycan, Gürcüstan və Türkmənistan XİN başçılarının görüşü bəyannamənin imzalası ilə yekunlaşıb.
İmzalanmış sənəddə tərəflər Qara dəniz - Xəzər (BSCS) beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına və inkişafına şərait yaratmaq öhdəliyi götürürlər. Bu məqsədlə ölkələr bütün texniki məsələlərin həlli üçün ekspert işçi qrupu yaradacaqlar.
Tərəflər gömrük, ixrac-idxal prosedurlarının, qanunvericiliyin sadələşdirilməsi və milli operatorlar arasında əməkdaşlıq qurulması, sözügedən marşrut boyunca nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi və Avropa qurumlarının bu işdə iştiraka cəlb edilməsi məqsədilə öz addımlarını razılaşdırmaq, görüşlümş işlərə nəzarət üçün nazirlər səviyyəsində müntəzəm görüşlər keçirmək öhdəliyi götürürlər. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətində bildirilir. -02D-
-
- Çətin sual
- 4 Mart 2019 17:05
-
- Bazarların icmalı
- 4 Mart 2019 18:16
Siyasət
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
Rəy yaz