Məktəblərdə intizam şuraları nə işə yarayacaq? – İlqar Orucov Çətin sual qarşısında
Bakı/19.10.22/Turan: Məktəblərdə İntizam Şurası yaradılacaq. Bu barədə açıqlama verən Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, Şuranın yaradılması və tərkibində valideynin iştirakı məcburi olacaq.
Onun sözlərinə görə, şagirdlərin davranış səviyyələri nəzərə alınacaq. Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:
- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq.
İntizam Şuralarının yaradılmasının hüquqi əsası varmı? Bu müəllimlərə istədiyi vaxt şagirdi cəzalandırmaq imkanı verməyəcək ki?
Elm və Təhsil Naziliyi nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Çətin sual
-
Tramp administrasiyasının USAİD-lə bağlı iddiaları, bu iddialara Azərbaycanın hökumətyönlü mediasının qoşulması və səslənən ittihamların əsaslı olub- olmaması barədə REAL Partiyasının sədri Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərində iştirak 31,45 faiz təşkil edib. Bu barədə MSK-dan məlumat verilib.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti yoxdur.
-
Son günlər Azərbaycanın hökumətyönlü mediasında xeyli təəccüb və sual yaradan - Rusiyaya qarşı aparılan ənənədən uzaq olan propaqanda, Rus evində casus axtarışı, Milli Şuranın Rusiya ilə bağlamaq cəhdləri barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz