Prezident İlham Əliyev.
Prezident İlham Əliyev Cəbrayıl və Qubadlıya səfər edir
Bakı/19.10.22/Turan: Oktyabrın 19-da prezident İlham Əliyev 2020-ci ildə 44 günlük müharibə zamanı erməni işğalından azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına səfər edib.
Səfər zamanı o, Şükürbəyli-Cəbrayıl yolunun 14 kilometrlik hissəsinin açılışında iştirak edib.
Cəbrayıl rayonunda Əliyev “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”nin layihəsilə tanış olub.
Sonra nadir heyvanların reintroduksiyası layihəsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində iştirak edib.
Bundan əlavə, dövlət başçısı Elektrik Şəbəkəsini Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub və 330/110 kV gücündə “Cəbrayıl” beynəlxalq paylayıcı yarımstansiyanın tikintisilə tanış olub.
Həmçinin Əliyev Qubadlı rayonunda “Bergüşadçay” və “Zabuxçay” su anbarlarının layihələrilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsini Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Qubadlı şəhərinin baş planı prezidentə təqdim olunub.
Əliyev Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində də iştirak edib.
Xatırladaq ki, oktyabrın 20-də Zəngilan rayonunda prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə beynəlxalq aeroportun açılışı olacaq. 06B
-
- Cəmiyyət
- 19 Oktyabr 2022 17:02
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz