Rauf Mirqədirov: «Ordunun zəifləməsi Türkiyənin zəifləməsidir»
Türkiyədə baş verən son hadisələrin əsas səbəbi 14 ildir ki, hakim Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi qeyri-stabil, səbatsız, ardıcıl olmayan siyasətdir. Bu fikri siyasi analitik Rauf Mirqədirov Turan agentliyinin Cətin Sual proqramına müsahibəsində bildirib.
Bu cür siyasət çoxdan ölkə daxilində etirazlara səbəb olmuşdu, Türkiyənin tərəfdaş və müttəfiqləri tərəfindən anlaşılmırdı.
R.Mirqədirov belə qeyri-ardıcıllığa nümunə kimi kürd problemini göstərib. Hakimiyyətə gələn Ərdoğan illərlə gizlədildikdən sonra kürd probleminin olduğunu etiraf etdi və məsələnin dinc yolla həll olunacağını bildirdi.
Bu, PKK yaraqlılarının dağlardan enərək şəhərdə məskunlaşmasına, bu təşkilatn siyasi qanadı – Xalqların Demokratik Partiyasının isə parlamentə düşməsinə şərait yaratdı.
Lakin Ərdoğanın qəflətən bu məsələ ilə bağlı mövqeyinin dəyişməsi ona gətirib çıxardı ki, Türkiyə daha amansız terrorla üz-üzə qaldı.
Digər nümunə kimi dindarların “pozulmuş hüquqları”na görə mübarizəni göstərmək olar. Ərdoğan hüquqların bərabərləşdirilməsi adı altında dünyəvi qüvvələrə qarşı siyasət yürütməyə başladı.
O, “qonşularla sıfır problem” siyasəti elan etdi, ancaq əslində bu, demək olar ki, bütün qonşularla münasibətlərin pisləşməsinə gətirib çıxardı.
ABŞ və Aİ ilə münasibətlərdə də bu cür qeyri-ardıcıllıq oldu. Odur ki, Mirqədirovun fikrincə, bu toqquşmalar qaçılmaz idi.
Onun fikrincə, indi də Türkiyə hakimiyyəti qiyamçılarla mübarizə adı altında ona sərf etməyənlərə qarşı kampaniyaya başlayıb. Minlərlə adam istintaqa cəlb edilib. Bir-iki günün içində belə çox sayda adam aşkar etmək mümkün deyil, deməli, repressiyalar öncədən hazırlanmış siyahı üzrə aparılır. Hətta hərbçilərə divan tutulmasına əl atılıb.
Lakin Mirqədirov hesab edir ki, qələbə eyforiyası tez keçəcək və dövlət ciddi daxili siyasi problemlərlə üzləşəcək. Eyni zamanda kürd terrorizmi təhlükəsi fonunda Türkiyə ordunun zəifləməsini özünə rəva görə bilməz. Güclü ordu olmasa Türkiyə beynəlxalq arenadakı, ilk növbdə regiondakı nüfuzunu itirər.
Son hadisələrin Azərbaycana təsirinə gəlincə, Mirqədirov hesab edir ki, Ankaranın zəifləməsi Azərbaycan üçün təsirsiz ötüşməyəcək. Bakı artıq Türkiyənin İsrail və Rusiya ilə münasibətlərinin pozulmasının nəticələrini özündə hiss etmişdi.
Ekspertin sözlərinə görə, son günlərin hadisələrindən iki nəticə çıxarmaq olar: ordu heç bir səbəbdən siyasətə qarışmamalıdır, hakimiyyət isə hərbçilərin siyasətə müdaxiləsinə yol verməmək üçün davamlı demokratiya və qanunun aliliyinə söykənməlidir.
“İnqilablar və qiyamlar fəlakətlərə yol açır”, - ekspert vurğulayıb. –06D--
Çətin sual
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərində iştirak 31,45 faiz təşkil edib. Bu barədə MSK-dan məlumat verilib.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti yoxdur.
-
Son günlər Azərbaycanın hökumətyönlü mediasında xeyli təəccüb və sual yaradan - Rusiyaya qarşı aparılan ənənədən uzaq olan propaqanda, Rus evində casus axtarışı, Milli Şuranın Rusiya ilə bağlamaq cəhdləri barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
ABŞ-nin yeni Prezidenti Donald Trampın dünya və regionla bağlı siyasəti, Azərbaycanın iqtidar rəsmilərinin onun siyasətindən gözləntiləri barədə Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Aleks Raufoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz