Azərbaycan superprezident respublikasına çevrilir
Azərbaycan prezidenti İlham Əliyev iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Düzəlişlər prezidentin onsuz da ifrat olan səlahiyyətlərinin genişləndirilməsinə yönəldilib.
Belə ki, sənəd Azərbaycan Respublikasının prezidentinin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılmasını nəzərdə tutur. Onlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Bundan sonra prezident dövlət başçısı səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətlərini Birinci vitse-prezident icra edir. Konstitusiyanın indiki redaksiyasında prezdentin səlahiyyətləri Baş nazirə keçir”.
Fərq burasınaddır ki, baş nazir parlament tərəfindən təsdiq edilir, birinci vitse-prezidenti dövlət başçısı heç bir razılıq olmadan təyin edir.
Bundan əlavə, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması təklif edilir. Prezindentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilir.
Həmçinin prezident vəzifəsinə namizədin indi 35 yaş olan minimal yaş həddinin aradan qaldırılması təklif edilir.
Həmçinin Konstitusiyaya parlamentin buraxılması imkanını nəzərdə tutan dəyişilik təklif edilir.
İndi Konstitusiya bunu nəzərdə tutmur.
Layihəyə əsasən, parlamenti buraxılması bu hallarda mümkündür: əgər Milli Məclis bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərsə, yaxud prezident təqdim edəndən sonra iki dəfə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Mərkəzi Bankın idarə heyətinin bu orqanların fəaliyyətini həyata keçirmək üçün zəruri olan sayda üzvlərini təsdiq etməsə və s. prezident parlamenti buraxır.
Əgər Konstitusiya Məhkəməsi müsbət rəy versə, sənəd referenduma çıxarılacaq.—06D--
-
- İqtisadiyyat
- 18 İyul 2016 18:38
-
- Çətin sual
- 18 İyul 2016 20:09
Siyasət
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
Rəy yaz