B.Əsəd ərməni nümayəndələriilə görüşür. Arxiv
Bəşər Əsəd Türkiyəyə qarşı hansı faktordan istifadə etməyə hazırlaşır?
2011-ci ildən bəri Türkiyə ilə münasibətləri tamamilə pozulan Suriyanın, İŞİD terror təşkilatının işğalı altında olan bölgələrin ordu tərəfindən təmizlənməsindən sonra Türkiyəyə qarşı "erməni kartı"dan istifadə edəcəyi bildirilir.Bu iddianı "Sözcü" qəzetinin beynəlxalq məsələlər üzrə şərhçisi Zeynep Gürcanlı "Əsəd "erməni kartı"nı açır" adlı məqaləsində gündəmə gətirib.Gürcanlı, bu günlərdə bir erməni heyəti ilə görüşən Bəşər Əsədin İŞİD tərəfindən dağıdılıb tarmar edilən kilsəni dövlət fondu hesabına yenidən bərpa etdirəcəyini bu şəkildə ifadə edib:
"Bəşər Əsəd keçən həftə qəbul etdiyi erməni heyətinə söz verib: Deyr-əz-Zor qəsəbəsində qondarma "erməni soyqırımı"nı yad etmək üçün tikilən kilsənin dövlət fondlarıyla təmir ediləciyinə dair vəd verib"
Zeynep Gürcanlıya görə,bu addımın davamı- ölkənin Şimali-Şərq bölgəsindəki bəzi məntəqələri öz nəzarətində saxlayan PYD/YPG terror təşkilatı ilə Dəməşq rejiminin əməkdaşlığı olacaq.
Dünyada
-
ABŞ-ın 47-ci prezidenti olaraq and içdikdən sonra söylədiyi nitqdə Prezident Donald Tramp “Amerikanı birinci yerdə” qoyacağını vəd etdi.
-
Seçilmiş Prezident Donald Tramp bazar günü Vaşinqtonda keçirilən kampaniya üslublu mitinqlə 2024-cü il seçki qələbəsini qeyd etdi. O, vəzifəyə başlamazdan əvvəl seçki kampaniyası vədlərini həyata keçirmək üçün sürətli icra hakimiyyəti addımlarını atacağına söz verdi. Capital One Arenada tərəfdarlarına müraciət edən Tramp, TikTok-un bərpasından yüksək səviyyəli sui-qəsdlərlə bağlı məxfi sənədlərin açıqlanmasına qədər prioritetlərini açıqladı və 6 yanvar Kapitol üsyanına görə məhkum edilmiş şəxslərə əfv işarəsi verdi.
-
ABŞ-da TikTok-un milli təhlükəsizlik səbəbləri ilə qadağan edilməsini nəzərdə tutan yeni qanun qüvvəyə minib və bu, Çin sosial media platformasının qadağa götürülənə qədər ölkədə fəaliyyətini dayandırmasına səbəb olub.
-
Fələstin qrupu HƏMAS tərəfindən 7 oktyabr 2023-cü ildən bəri girov saxlanılan üç israilli qadın azad edilərək İsrailə qayıdıb. Bu barədə bazar günü axşam İsrail Müdafiə Qüvvələri (İMQ) və İsrailin təhlükəsizlik xidməti ŞABAK məlumat yayıb.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 00:12
- 406
Rəy yaz