
Bakı/14.01.19/Turan: Müsavat Partiyasının qərargah-mənzilində bloger Mehman Hüseynovun və bütün siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq aksiyası davam etdirilir.
Aksiya iştirakçılarından biri, Müsavat Partiyasının idarə heyətinin üzvü Tofiq Yaqublunun bazar ertəsi Turan-a verdiyi məlumata görə, ondan başqa daha 3 nəfər - Natiq İsrafilli, Sənubər Heydərova və Şamil Nəsirli aksiyanı davam etdirir.
Partiyanın qərargah-mənzilində aksiya yanvarın 7-dən davam edir. Amma Yaqublu hələ yanvarın 4-dən aksiyaya başlayıb.
Aksiya cəzaçəkmə müəssisəsinin əməkdaşını döymək barədə yeni ittiham irəli sürülməsinə etiraz olaraq dekabrın 26-da aclıq elan edən bloger Mehman Hüseynovla həmrəylik əlaməti olaraq keçirilir. -06D-
Rəy yaz