Bakı/07.06.17/Turan: Çərşənbə günü səhər İranın paytaxtında naməlum şəxslər hökumət obyektlərinə hücum ediblər.
Belə ki, İran parlamentinə və imam Xomeyninin məqbərəsinə hücum edilib. Hücum nəticəsində həlak olanlar və yaralananlar var.
Fars agentliyinin məlumatına görə, Tehran parlamentinin binasına girişdə bir kişi atəş açırdı. Deputat Elyaz Həsrətinin sözlərinə görə, hücum edənlər ümumilikdə üç və ya dörd nəfər idi, onlar Kalaşnikov avtomatları və tapançalarla silahlanmışdılar.
Hücum nəticəsində səkkiz nəfər yaralanıb, onlar arasında "İslam İnqilabı Keşikçiləri"nin döyüşçüləri və öz regionlarından olan deputatlarla görüşmək üçün parlamentə gələn mülki şəxslər də var. Qeyri-rəsmi məlumatlara görə, döyüşçülərdən biri dünyasını dəyişib.
Terrorçuların taleyi hələlik məlum deyil. Tasnim agentliyi iddia edir ki, bir və ya iki döyüşçü binanın yuxarı mərtəbələrindən birində kabinetdə barrikada qurmağa müvəffəq olub, orada onlar dörd girov götürüb və pəncərədən atəş açıb. Təsdiq olunmamış məlumatlara görə, onlar parlamentin otaqlarından birində yeddi nəfəri öldürüblər.
Eyni zamanda imam Xomeyninin məqbərəsində ikinci bir hücum baş verib. Burada üç cinayətkar ziyarətçilərə nizamsız atəş açıblar, bir terrorist isə (onun qadın olduğu haqqında məlumatlar var) özünü partladıb. Qeyri-rəsmi məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub, beş nəfər yaralanıb. Tasnim agentliyi iddia edir ki, polis hücumda iştirak edən qadını həbs edib. Bir terrorçunu sağ ələ keçirmək mümkün olmayıb, belə ki, o, kalium sianid kapsulu udub. Daha bir bandit atışma zamanı öldürülüb. Həmçinin, hadisə yerindən partlamamış "şəhid kəməri" götürülüb.
Hadisə ilə əlaqədar Tehranda Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.
FARS iddia edir ki, hər iki hücuma görə məsuliyyəti "İslam dövləti" terror qruplaşması öz üzərinə götürüb. -02D-
Dünyada
-
Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani cümə axşamı Dəməşqə səfər edərək yeni seçilmiş keçid prezidenti Əhməd əş-Şəraa ilə görüşüb. Bu, 8 dekabrda Bəşər Əsədin devrilməsindən sonra Suriya paytaxtına ilk dövlət başçısı səfəri olub.
-
Bu sənədlərə əsasən, 1999-cu ildə Heydər Əliyev və Robert Koçaryan təkbətək formatda keçirdikləri görüşdə (Laçın daxil olmaqla) Dağlıq Qarabağla Zəngəzur koridorunu dəyişdirməyə razılaşıblar.
-
Keçən ay Prezident Bəşər Əsədi devirən Suriya qruplaşmaları təxminən 14 illik vətəndaş müharibəsindən sonra Suriyanın bərpası üçün çalışaraq, çərşənbə günü keçmiş islamçı üsyançı lideri ölkənin müvəqqəti prezidenti təyin edib.
-
Ukrayna Baş Prokurorluğu bu həftənin əvvəlində rus əsgərlərinin altı silahsız ukraynalı hərbi əsiri edam etməsini əks etdirən videonun ortaya çıxmasından sonra cinayət işi açdığını bildirib.
Rəy yaz