Osman Gazi Kandemir. Turan
Türk hərbi-siyasi şərhçi: �İdlib məsələsində yumşaq yol izləməkdən başqa çarəmiz yoxdur�
İstanbul/20.01.19/Turan: Bu sözləri Turan agentliyin sualını cavablandırarkən müharibə psixologiyası üzrə mütəxəssis,istefada olan general- mayor Osman Gazi Kandemir deyib.
Turan agentliyinin "Yanvarın 23-də Putin-Erdoğan görüşünün əsas mövzusu terrorçuların İdlibdən təmizlənməsi olacaq.Sizcə, İdlibin terrorçulardan təmizlənməsi üçün Rusiya bu dəfə də Türkiyəyə möhlət verəcəkmi?"- sualına istefada olan general-mayor Osman Gazi Kandemir bu şəkildə cavab belə verib :"İdlibin hərbi əməliyyatla terrorçulardan təmizlənməsi Türkiyənin istəmədiyi şeydir.Çünki o bölgədən Türkiyə sərhədlərinə 500 mindən çox qaçqının gəlmə təhlükəsi var.Rusiya isə orada təxminən yarısı çeçen mənşəli olan terrorçu qrupların məhv edilməsi üçün təzyiq göstərir.Məncə,İdlib probleminin həll edilməsi üçün Türkiyə "yumşaq keçid" siyasətini davam etdirməli,bütün gücünü qoyub böyük dövlətləri məhz o siyasətin həyata keçirilməsi üçün razı salmalıdır.Başqa variantlar Türkiyə üçün çox ciddi problemlər yaradacaqdır"
İstefada olan general-mayor Osman Gazi Kandemirin 20 yanvar 1990-cı il faciəsinə həsr edilmiş "Karanfil" romanı bu günlərdə çapdan çıxıb.
Türk Dünyası Araşdırmaları Vəqfinin təşkil etdiyi konfransda "Suriyanın dünəni, bu günü və gələcəyi" mövzusunda çıxış edən Osman Gazi Kandemir oxucular üçün "Karanfil" kitabını da imzalayıb.-0-
Dünyada
-
Donald Tramp özünü sülhməramlı və ABŞ-ın maraqlarının qatı müdafiəçisi kimi göstərdi. O, bazar ertəsi Ağ Evə qayıdandan sonra Panama kanalını ələ keçirəcəyini vəd etdi, eyni zamanda, Rusiyanı Ukrayna ilə bağlı razılıq əldə etməyə inandırmağa çalışdı.
-
Suriyanın faktiki lideri Əhməd əl-Şaraa ABŞ prezidenti Donald Trampı bazar ertəsi andiçmə mərasimi münasibətilə təbrik edərək, iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.
-
Türkiyənin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
-
Türkiyənin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Rəy yaz