
2014-cü ilin dördüncü rübündə Azərbaycanın valyuta ehtiyatları 4,3% azalıb
2014-cü ilin dördüncü rübündə Azərbaycanın valyuta ehtiyatları 4,3% və ya $2,3 mlrd azalsa da, il ərzində 2,4% artaraq $51,4 mlrd olub.
“Ölkənin strateji valyuta ehtiyatları 3 illik mal və xidmətlərin idxalına kifayət edir və Azərbaycanın xarici borcunun məbləğindən 8 dəfə çoxdur”, - deyə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü il üzrə pul siyasəti icmalında deyilir.
AMB-nin məlumatına əsasən, respublikanın valyuta ehtiyatları ÜDM-in təxminən 70%-ni təşkil edir.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır. --17D—
-
- İqtisadiyyat
- 27 Fevral 2015 10:24
-
- İqtisadiyyat
- 27 Fevral 2015 10:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz