Respondentlər rifah səviyyəsindən narazıdır
Ötən il istehlak etimadı indeksi ikinci və üçüncü rübdəki 25%-dən 23,8%-ə düşüb. Yaxın Şərq və hətta Afrikada bu göstərici 65- 73%, Avropada 74%, Asiya-Sakit okean hövzəsində 73%, latın Amerikasında 56%-dir.
AMB-nin hesabatına görə, 2013-cü ilin yanvarından 4 min 250 ev təsərrüfatı arasında keçirilən sorğu bu metoda əsaslanır.
Respondentlər regionlar, gəlirlər, məşğulluq, iş rejimi, təhsil, yaş və cinsə görə balanslaşdırılıb. İndeks real sektorun və əhalinin rifaha münasibətinin moniqorinqi proqramının bir hissəsidir.
Azərbaycanda liberal iqtisadiyyat olmadığı üçün istehlak etimadı indeksini hesablamaq mümkün deyil. AMB istəyir ki, xaricdə başqa cür düşünsünlər. Ekspert Vüqar Bayramovun fikrincə, istehlak etimadı indeksinin aşağı olması real sektorla istehlak bazarı arasında zəif əlaqənin nəticəsidir. İdxalın artımı, yerli istehsalın azalması göz önündədir.
Dünya praktikasında istehlak etimadı indeksi sayəsində məşğulluq və iqtisadiyyatın ümumi vəziyyətinin tendensiyası proqnozlaşdırılır.. --17D—
-
- İqtisadiyyat
- 27 Fevral 2015 10:38
-
- Cəmiyyət
- 27 Fevral 2015 10:57
İqtisadiyyat
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
-
Azərbaycanın dövlətə məxsus elektrik enerjisi istehsalçısı olan Azərenerji, ölkənin bərpa olunan enerji potensialını genişləndirmək məqsədilə Kəlbəcər və Laçın rayonlarında altı su elektrik stansiyasının (SES) tikintisini irəlilətməkdədir. Şirkətin məlumatına görə, ümumi gücü 37,5 meqavat (MVt) olan bu stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Rəy yaz