42 min ton pambıq yığılıb
Oktyabrın 24-ü üçün Azərbaycanda 41,8 min ton pambıq yığılıb. Bu, 2015-ci ilin eyni dövründəkindən 1,6 dəfə çoxdur, deyə Dövlətstatkom bildirir.
Saatlı pambıqçıları siyahıda liderdir. Onlar pambıqtəmizləmə zavodlarına 6354 ton «ağ qızıl», təhvil verib – neftin «qara günlərindən» sonra ölkə ağır günlər yaşamağa başlayıb və pambığı sovet dövründəki kimi adlandırırlar.
Bu il 52 mim ha sahədə pambıq əkilib. Bu, 2015-ci ildəkindən 2,8 dəfə çoxdur. Hökumət 1 ha-dan 20 sentner pambıq toplamağı gözləyir. Amma pambıq yığımı gecikir, hava şəraiti onun tez yığılmasına imkan vermir.
Bu il Azərbaycanda pambığın alış qiyməti 1 tonu 400-500 manatdır. Bundan başqa, fermerlər hər hektar üçün 90 manat və təhvil verilən hər ton üçün 100 manat subsidiya alır. Amma müstəqil ekspertlər qeyd edir ki, pambıq neft gəlirlərini əvəvz edəcək və kənddə məşğulluğu təmin edəcək ən uyğunlu mal deyil. 08B
-
- Cəmiyyət
- 25 Oktyabr 2016 10:30
İqtisadiyyat
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz