«Mətbuat Azadlığı» mükafatına namizədlərin sırasında azərbaycanlı jurnalist Seymur Həzi də var
“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq- müdafiə təşkilatı 2016-cı ildə “Mətbuat Azadlığı” mükafatına namizədlərin adlarını açıqlayıb. Mükafata 22 namizəd var. Bu barədə təşkilatın saytı məlumat verib.
“Mətbuat Azadlığı” mükafatı 3 nominasiya üzrə 1 jurnalistə, KİV-ə və vətəndaş jurnalistikası nümayəndəsinə veriləcək.
Builki 22 namizəd 19 ölkəni təmsil edir. Həmin namizədlərdən çoxu həbsdədir, bəziləri isə təqib olunur.
Həbsdə olan namizədlər “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi, misirli jurnalist İsmayıl Alexandrani, çinli Chinois Lu Yuyu və Li Tingyudur.
Təşkilatın məlumatında Seymur Həzinin Azərbaycandakı yeganə müxalifət qəzeti olan “Azadlıq”ın əməkdaşı və “Azərbaycan saatı” proqramının aparıcısı olduğu, 2014-cü ilin avqustunda saxta ittihamla həbs edildiyi bildirilir.
“Bir neçə siyasi məhbus azadlığa buraxılsa da Seymur Həzinin həbsdə olması İlham Əliyevin azadlıqları sıxmağa davam etməsinin örnəyidir”, -təşkilatın məlumatında vurğulanır. Məlumatda Azərbaycanda ifadə azadlığına qarşı həbslərin davam etdiyi də qeyd olunub.
Mükafatın qaliblərinin adları noyabrın 8-də Fransanın Strasburq şəhərində açıqlanacaq.
“Mətbuat azadlığı” mükafatı 1992-ci ildən təqdim edilir.
2012-ci ildə bu mükafatı azərbaycanlı jurnalist, Turan İnformasiya Agentliyinin əməkdaşı, hazırda mühacirətdə olan Məlahət Nəsibova alıb.
S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.
“Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.-16d-
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 10:38
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 10:54
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz