
Maliyyə Nazirliyi bu gün 27 mln manatlıq istiqraz yerləşdirir
Bu gün, oktyabrın 25-də Maliyyə Nazirliyi Bakı Fond Birjasında 27 mln manat məbləğində istiqraz yerləşdirir.
BFB-nin məlumatına görə, 10 mln manat məbləğində istiqrazlar 364 gün, 17 mln manat məbləğində istiqrazlar 182 günlüyə yerləşdiriləcək.
Maliyyə Nazirliyi anderrayter kimi “Pasha Kapital” QSC-ni seçib.
Oktyabrın 11-də keçirilən əvvəlki hərracda 364 günlük istiqrazlar üzrə gəlirlilik 14,97%, 18 oktyabrda 182 günlük istiqrazlar üzrə gəlirlilik 17,1% olub.
Oktyabrın 1-də Maliyyə Nazirliyi DQİ satışından 261 mln 429 min 316 manat gəlir əldə edib. 08D
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 11:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz