ABB-Gürcüstanın rəhbərliyində dəyişiklik
Azərbaycan Beynəlxalq Bankının törəməsi olan “ABB-Gürcüstan”ın rəhbərliyində dəyişiklik olub. Samir Əliyevin əvəzinə baş direktor vəzifəsinə Emil Abasbəyli təyin edilib, - deyə bankın saytı bildirir.
Əli Haqverdiyev onun müavini, Gürcüstan vətəndaşı Tamar Qoqolaşvili Direktorlar Şurasının üzvüdür.
“ABB-Gürcüstan” 2006-cı ilin noyabrından fəaliyyət göstərir. Bank əsasən korporativ müştərilərə xidmət edir. --17D—
-
- İqtisadiyyat
- 2 Mart 2016 11:18
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz