Bir ay sonra Azərbaycan avtomobilçiləri Avropa İqtisadi Zonasına sərbəst keçəcək
Aprelin 1-dən Green Card sistemində sığortalanan Azərbaycan avtomobilçiləri Avropa İqtisadi Zonasına sərbəst keçəcək.
İcbari Sığorta Bürosundan (İSB) verilən məlumata görə, Avtomobil Sığortası Milli Bürolarının Beynəlxalq Assosiasiyasından belə bir məktub daxil olub.
Siyahıya İsveçrə, Tunis, Bosniya və Herseqovina, Makedoniya, Monteneqro, Türkiyə, İran İslam Respublikası, Moldova, Ukrayna, Andorra Knyazlığı, Albaniya və Mərakeş Krallığı daxildir.
Azərbaycanın Green Card çərçivəsində İsrail, RF və Belarusla ikitərəfli müqaviləsi olmadığı üçün yerli avtomobilçilər ora gedəndə sərhəd sığortası əldə etməlidirlər. Bu, həmin ölkələrin Azərbaycan ərazisindən keçməsinə də aiddir. --17D—
-
- Cəmiyyət
- 2 Mart 2016 11:02
-
- İqtisadiyyat
- 2 Mart 2016 11:17
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz