
Azərbaycan İpoteka Fondunun informasiya texnologiyaları sistemininin auditini «Deloitte & Touche» MMC həyata keçirəcək.
Seçim tender yolu ilə olub və 28 iyulda müqavilə bağlanılıb.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2014-cü ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 97 mln manat təşkil edib. --17D—
Rəy yaz