Qeyri-adi istilər avqustun 5-nə qədər davam edəcək, amma ondan sonra da sərin olmayacaq
Avqustun 1-də Bakıda və bütün Azərbaycan ərazisində quru, isti hava şəraiti davam edəcək, xəbəri sinoptiklər verib.
Şənbə günü Bakıda havanın temperaturu +34 +39 dərəcə təşkil edəcək, yağıntı olmayaaq, gündüz +23 +27 dərəcə isti olacaq.
Ölkənin əksər bölgələrində havanın temperaturu +35 +40 dərəcə təşkil edəcək. Ən çox aran rayonlarında isti olacaq - +42 dərəcəyə qədər.
Ekologiya Nazirliyinin məlumatına görə, bu istilər avqustun 5-nə qədər davam edəcək, bu da meteohəssas insanlara mənfi təsir göstərəcək.
Avqust ayı ərzində ölkə boyunca havanın orta aylıq temperaturu iqlim normasından yüksək, yağıntı səviyyəsi isə normadan aşağı olacaq.
Gündüz saatlarında Bakıda və Abşeronda +30 +35 dərəcə isti olacağı gözlənilir, Naxçıvanda ayrı-ayrı günlərdə +43 dərəcəyə qədər isti olacaq.
Kiçik Qafqaz dağlarında temperatur ayrı-ayrı günlərdə +35 dərəcəyə, dağətəyi rayonlarda +35 +40 dərəcəyə qədər isinəcək.
Böyük Qafqaz dağlarında temperatur ayrı-ayrı günlərdə +35 +40 dərəcə, Mərkəzi Aran rayonlarında +35 dərəcə, ayrı-ayrı günlərdə +43 dərəcə təşkil edəcək.
Talış dağlarında temperatur +35 +38 dərəcə təşkil edəcək. -02D-
-
- İqtisadiyyat
- 31 İyul 2015 16:09
-
- Cəmiyyət
- 31 İyul 2015 16:44
Cəmiyyət
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Rəy yaz