Şəkidə ReAl hərəkatının təşkilat rəhbəri həbs edilib
Dünən Şəki rayon məhkəməsi yerli vətəndaş cəmiyyəti fəalı Razim Rzayevi polisə tabe olmamaqda ittiham edərək, 6 gün inzibati həbs cəzasına məhkum edib.
O, iyulun 29-da guya yol polisinə tabe olmadığına görə saxlanılıb, bu barədə Turan-a “ReAl” hərəkatından bildiriblər.
İyulun 30-da Rzayev məhkəmə qarşısına çıxarılıb. Məhkəmə fasilələrlə 9 saat davam edib.
Nəticədə, Rzayevə 6 gün inzibati həbs cəzası veriblər.
“ReAl”da hesab edirlər ki, fəalın həbsi saxlanmasından 5 gün əvvəl bu hərəkatın bölgə təşkilatının məclis rəhbəri seçilməsi və fəal ictimai-siyasi fəaliyyətlə məşğul olması ilə bağlıdır. -06В-
-
- Cəmiyyət
- 31 İyul 2015 17:59
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz