AMEA-da struktur dəyişiklikləri
Nazirlər Kabineti 18 iyul 2016-cı il Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Sənəd AMEA-dan daxil olan təkliflər nəzərə alınaraq qəbul edilib.
Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilsin və onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılıb. Fəlsəfə və Hüquq İnstitutu "Fəlsəfə İnstitutu" adlandırılıb.
Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilib. Buna qədər Hüquq və İnsan Haqları İnstitutu, İnsan Haqları üzrə ETİ adlandırılıb.
Xatırladaq ki, AMEA-nın yeni strukturu 17 noyabr 2015-ci ildə təsdiq edilib. Hazırda AMEA strukturuna 45 təşkilat, o cümlədən 37 müxtəlif institut, Naxçıavn və Gəncədə regional bölmələr, eləcə də 5 təsərrüfat hesablı təşkilat daxildir. -08D-
-
- Cəmiyyət
- 20 İyul 2016 14:56
-
- İqtisadiyyat
- 20 İyul 2016 15:07
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun rəhbərlik etdiyi araşdırma, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz