Özəlləşdirmə ilə bağlı iki ay əvvəl verilən fərmana yenidən baxılıb
Prezident İlham Əliyev iyulun 19-da mayın 19-da imzaladığı sənədə dəyişiklik edib, həmin sənəd Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qərarlar qəbul etməsinə məhdudiyyətlər qoyulmasını nəzərdə tuturdu.
Yeni qərara əsasən, ƏMDK 19 may 2016-cı il tarixli fərman qüvvəyə minənə qədər AR prezidentinin qərarı ilə özəlləşdirilməyə açıq olan müəssisələrin, həmçinin ƏMDK-nın qərarları ilə özəlləşdirilməli olan müəssiələr, obyektlər və torpaq sahələrinin özəlləşdirilməsinə dair qərar qəbul edəcək. Qalan bütün dövlət müəssisələri prezidentin qərarı ilə özəlləşdirilməyə çıxarılacaq.
Hökumət “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq “Dövlət Əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsi hazırlayır. Əvvəlki fərmanda qeyd olunurdu ki, dövlət əmlakının qiymətləndirilməsi bazar qiymətinə uyğun həyata keçirilməlidir. Bu qanun layihəsinin hazırlanma müddəti bu gün, iyulun 20-də başa çatır. -08D-
-
- İqtisadiyyat
- 20 İyul 2016 15:04
-
- Mədəniyyət
- 20 İyul 2016 15:58
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz