AZAL aşağı büdcəli reyslərə aviabiletlərin qiymətini 10 avro endirib
Dekabrın 29-da "Azərbaycan Hava Yolları" QSC Moskva ("Vnukovo" hava limanı), Dubay ("Əl-Məktum" hava limanı) İstanbul ("Sabiha Gökçən" hava limanı) və Antalyaya aşağı büdcəli reyslərə aviabiletlərin qiymətinin endirilməsini elan edib.
2016-ci il yanvarın 5-dən etibarən yuxarıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcək.
Amma bu qiymətlərlə də sərnişinlər 21 dekabr devalvasiyasına qədərki qiymətdən (112,76 manat) manatla (40 manat) daha çox ödəyəcəklər.
«Aşağı tarifli uçuşların siyahısı bundan sonra da genişlənəcək. Bu yaxınlarda Bakı-Moskva (Domodedovo hava limanı) reysinə yeni aşağı büdcəli Promo tarifi tətbiq edilib. Bu tarifə baqaj daxil edilməyib. Həmçinin, növbəti yay mövsümündə Alanya kurort şəhərinə yeni aşağı tarifli reysin açılması planlaşdırılır. Gələn il "Azərbaycan Hava Yolları" bir çox istiqamətlər üzrə aşağı büdcəli tariflərin siyahısını genişləndirməyi davam etdirəcək", - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirir ki, aviaşirkət avroya nisbətdə milli valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərə yenidən baxılmasını davam etdirir. Bundan öncə şirkət Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərə yenidən baxılacağını elan etmişdi.
Həmçinin yanvarın 5-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə reyslər, o cümlədən sözügedən aşağı büdcəli reyslər Heydər Əliyev Beynəlxalq Hava Limanının birinci terminalından yerinə yetiriləcək.
Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 məntəqəni əhatə edir. 2014-cü ildə "Azərbaycan Hava Yolları" QSC 1,8 milyondan çox sərnişin daşıyıb. 08D
-
- İqtisadiyyat
- 30 Dekabr 2015 16:52
-
- Cəmiyyət
- 30 Dekabr 2015 17:16
İqtisadiyyat
-
2024-cü ildə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin həcmi azalmağa davam edib. Bu barədə RBC-nin araşdırdığı Qazaxıstan, Gürcüstan, Ermənistan və Azərbaycanın mərkəzi banklarının məlumatlarında bildirilir. Bank infrastrukturu və Zolotaya Korona, Unistream, Contact kimi pul köçürmə sistemləri vasitəsilə həyata keçirilən əməliyyatlar nəzərə alınaraq tərtib olunan rəqəmlər, 2022-ci ildəki artımdan sonra köçürmələrdə davamlı azalma tendensiyasını göstərir.
-
Azərbaycanın düyü idxalı sürətlə artmaqdadır, çünki yerli istehsal artan tələbatı qarşılamaqda çətinlik çəkir. Bu tendensiya ölkənin xarici tədarükçülərdən asılılığını vurğulayır. Hökumətin istehsalı artırmaq təşəbbüslərinə baxmayaraq, yerli istehsal dəyişməz qalır və 2024-2025 mövsümündə cəmi 10 000 ton məhsul gözlənilir. Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 55 961 ton düyü idxal olunub.
-
Azərbaycan və Pakistan enerji əməkdaşlığının dərinləşdirilməsinə artan sadiqlik nümayiş etdirir və bu istiqamətdə xüsusilə bərpa olunan enerji təşəbbüslərinə diqqət yetirir. Yanvarın 30-da Azərbaycanın enerji naziri Pərviz Şahbazov Bakıda Pakistanın Federal Özəlləşdirmə, İnvestisiya Şurası və Kommunikasiyalar naziri Əbdül Alim Xan rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
-
Qazaxıstanın ən böyük yatağı olan Kaşaqandan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə daxil olmağa başlayıb. SOCAR-ın məlumatına görə, bu neftin ilk partiyası 27 yanvarda Səngəçal terminalında qəbul edilib və BTC vasitəsilə Ceyhan limanına nəql ediləcək.
Rəy yaz