Naxçıvanda dövlət vəsaitinə qənaət etmək fikrində deyillər
2016-cı ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin öz gəlirləri 69 mln. manat təçkil edəcək ki, bu da bu ildə olduğundan çox deyil. NMR hökuməti Azərbaycan Respublikasının mərkəzi büdcəsindən təxminən o həcmdə dotasiya (282 350 000 manat) alacaq.
NMR Hesablama Palatası layihələr, muxtariyyətin dövlət büdcəsinin icrası barədə rəyləri açıqlamır, müstəqil təşkilatlar həmin sənədlərin təhlilinə buraxılmır, odur ki, dövlət vəsaitlərinin hansı hissəsinin korrupsiya obyekti olacağı məlum deyil.
Hər il Naxçıvan hökuməti mərkəzi büdcədən dövlət investiyası şəklində birbaşa təxminən 250-300 mln. manat alır. Həmçinin muxtariyyət Azərbaycan prezidentinin Ehtiyat Fondundan bir neçə milyon manat və güzəştli beynəlxalq kreditlər alır.
Qeyd edək ki, Naxçıvanın səxavətlə və nəzarətsiz maliyyələşdirilməsi neftin qiymətinin enməsilə əlaqədar Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinin xərclərinin 1 mlrd. 466 mln. manat (8,3%) azalması fonunda baş verir. Azərbaycanın dövlət büdcəsinin xərcləri 16 mlrd. 264 mln. manat səviyyəsində müəyyən edilib. Gəlirlər 14 mlrd. 566 mln. təşkil edir.
NMR-in təsdiqlənmiş dövlət büdcəsinə görə, yerli resursların hesabına vergi strukturunda və gömrük daxilolmalarında müəyyən dəyişikliklər baş verib. Lakin gəlirlərin ümumi həcmi heç cür dəyişməyəcək. ƏDV-dən gəlirlərin 3 mln. manat kəsilməsinin hesabına fiziki şəxslərdən gəlir vergisi üzrə gözlənilən məbləğ artırılıb: 2016-cı ildə NMR sakinləri gəlir vergisi üzrə 18 mln. 820 min manat (14 mln. 870 min manatın əvəzinə) ödəyəcəklər.
Yerli mənbələr qeyd edirlər ki, demək olar ki, muxtariyyatın illik təxminən $3 mlrd.-lik (2014-cü il) ÜDM ilə bütün iqtisadiyyatı NMR Ali Məclisinin sədri Vasif Talıbovun ailəsinin əlində cəmləşib.
Dörd holdinq (“Gəmiqaya”, “Nəqşicahan”, “Dizayn”, “Cahan”), həmçinin “Naxçıvanbank” ASC onun yaxın qohumlarına məxsusdur.
Qeyd edək ki, NMR dövlət büdcəsi Azərbaycan Respublikasının ümumi büdcəsinin bir hissəsidir. Ümumi büdcəyə həmçinin Azərbaycanın dövlət büdcəsi, ARDNF-nin büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi daxildir. 08B
-
- Cəmiyyət
- 30 Dekabr 2015 16:43
-
- İqtisadiyyat
- 30 Dekabr 2015 16:55
İqtisadiyyat
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
-
Azərbaycanın dövlətə məxsus elektrik enerjisi istehsalçısı olan Azərenerji, ölkənin bərpa olunan enerji potensialını genişləndirmək məqsədilə Kəlbəcər və Laçın rayonlarında altı su elektrik stansiyasının (SES) tikintisini irəlilətməkdədir. Şirkətin məlumatına görə, ümumi gücü 37,5 meqavat (MVt) olan bu stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Rəy yaz