Açiq mənbələrdən foto.
AZAL Bakı və Aktau arasında hava əlaqəsini açır
Bakı/01.02.22/Turan: “Azərbaycan Hava Yolları” aviaşirkəti uçuşların coğrafiyasını genişləndirdiyini elan edir. Fevralın 18-dən aviadaşıyıcı Bakı-Aktau-Bakı marşrutu üzrə birbaşa reyslər açır.
Bakıdan Aktau şəhərinə uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.
Aviaşirkətin rəsmi saytında www.azal.az tam cədvəl mövcuddur. Uçuşlara aviabiletləri şirkətin saytında, həmçinin akkreditə olunmuş agentliklərində əldə etmək olar.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-clinics.
Aktaudan Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-test üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada vermək olar. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmi prosedurlardan daha sürətli keçməyə kömək edəcək.
Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.-0-
-
- Maliyyə
- 1 Fevral 2022 15:46
İqtisadiyyat
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq” sessiyasında iştirak edərək ölkənin qlobal enerji təhlükəsizliyindəki strateji rolunu və yaşıl enerji keçidi təşəbbüslərini vurğulayıb.
-
Gürcüstanın Batumi şəhərində Azərbaycan dövlət neft şirkəti SOCAR-ın təxminən 200 işçisi maaşlarının artırılması tələbi ilə yanvarın 21-də tətil keçiriblər. Yerli Batumelebi nəşrinin məlumatına görə, tətilə müxtəlif bölmələrdən texniklər və işçilər qoşulub. Onlar uzun illərdir ki, iş həcmlərinə uyğun olmayan minimal maaş aldıqlarını bildiriblər.
-
21 yanvar tarixində Davosda keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Carlsberg Group-un Müşahidə Şurasının sədri Henrik Poulsen və şirkətin baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Müzakirələr zamanı Carlsberg Group-un Azərbaycandakı fəaliyyətini genişləndirməsi və yerli istehsalın, həmçinin dayanıqlılığın inkişafına sadiqliyi vurğulanıb.
-
2024-cü ildə Azərbaycanın "Vahid Pəncərə" İxrac Dəstəyi Mərkəzi müəssisə və fiziki şəxslərdən 1,747 sorğu qəbul edərək 3,982 ixrac sertifikatının verilməsini təmin edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, bu səylər 288,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatlarını dəstəkləyib.
Rəy yaz