Azərbaycan beynəlxalq maliyyə institutlarının köməyinə ehtiyac hiss etmir?
Maliyyə naziri Samir Şərifov Financial Times-a müsahibəsində rəsmi Bakının BVF və DB-yə maliyyə yardımı üçün müraciət etdiyi barədə informasiyanı təkzib edib.
Onun sözlərinə görə, "Olduqca kiçik həcmdə xarici borcu və 34 milyard dollarlıq ehtiyata malik suveren fondu olan ölkənin bu vəsaitə ehtiyacı yoxdur. Beynəlxalq Valyuta Fondu Azərbaycana bazarda mövcud olan faizlərdən aşağı dərəcə ilə kredit ayıra bilərdi. Söhbət iqtisadiyyata yardımdan deyil, daha ucuz maliyyə vəsaitinin cəlb edilməsinə yardım etməkdən gedir".
Nazir hesab edir ki, BVF ölkəyə daha ucuz kredit verə bilərdi.
“BVF bildirdi ki, neftin ucuzlaşması qlobal iqtisadiyyata müsbət təsir edəcək. Amma bu, baş vermədi. Köməyə ehtiyacı olan damğası bir çox ölkələri problem böyüməmiş BVF-yə müraciət etməkdən çəkindirir”, - deyə Şərifov bildirib.—0--
-
- İqtisadiyyat
- 18 İyul 2016 11:21
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz