«Aqrolizinq» ASC Gürcüstan taxılçılarına kömək edir
İyulun 17-də bir qrup “Klaas” və “New Holland” tipli kombayn Gürcüstan taxılyığanlarına kömək üçün bu ölkəyə yola salınıb. Kombaynlar 20-25 gün ərzində Kaxitiyada Gürcüstan fermerlərinə taxıl biçinində yardımçı olacaq, deyə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir.
Gürcüstana 30-dan artıq “Klaas” və “New Holland” tipli kombayn yola salınıb. Ötən həftə Gürcüstanın nazir müavini İuri Nozadze bu məqsədlə Bakıya gəlmişdi.
Bundan əvvəl də taxıl yığımında kömək üçün Gürcüstan Azərbaycandan bir neçə dəfə kömək istəyib. 08D
-
- İqtisadiyyat
- 18 İyul 2016 11:18
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz