Azərbaycan Beynəlxalq Səhiyyə sərgisində 120 şirkət iştirak edəcək
18-20 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2015” sərgisi keçiriləcək. Sərgidə 18 ölkədən 120 şirkət iştirak edəcək.
Bu il “BIHE” iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edir, deyə təşkilatçılar - Iteca Caspian və tərəfdaşı ITE Group bildirir.
Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə əczaçılıq şirkətləri isə sərgidə ilk dəfə olaraq birgə stendlə iştirak edəcək. Çex Respublikasının da sərgidə milli stendi olacaq. Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edəcək.
Yerli distribyutorlar arasında “ARASH Medical”, “Besan”, “Vitta”, “Labservis” və digər şirkətlər yer alır.
İştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları, birdəfəlik istifadə materialları, dərman preparatları, tibbi alətlər, eləcə də uşaq qidaları təqdim edəcəklər.
Sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var.
Sentyabr ayının 18-də Bakı Ekspo Mərkəzində “Aktual kardiologiya problemləri” mövzusuna həsr olunmuş konfrans keçiriləcək. Konfransın sponsoru Sloveniyanın “KRKA” əczaçılıq şirkətidir. Sentyabr ayının 19-da isə “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans təşkil olunacaq. “BIHE” sərgisi ilə paralel daha iki tədbir - 10-cu Yubiley Azərbaycan Beynəlxalq “Stomatologiya” (“Stomatology Azerbaijan 2015”) və 9-cu Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” (“Beauty Azerbaijan 2015”) sərgiləri keçiriləcək. 08D
-
- İqtisadiyyat
- 2 Sentyabr 2015 15:32
-
- Siyasət
- 2 Sentyabr 2015 15:52
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yokogawa Europe BV, iki şirkət arasında imzalanmış Anlaşma Memorandumu (MoU) çərçivəsində "Executive Workshop" (İcraçı Seminar) təşkil edib, SOCAR bəyanatında bildirib.
-
Azərbaycan Parlamenti Qazaxıstan və Özbəkistan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əlamətdar bir sazişi ratifikasiya etdi. Keçən ilin noyabr ayında Bakıda COP29 zamanı üç ölkənin liderləri tərəfindən imzalanan bu saziş bərpaolunan enerji mənbələrinin təşviq edilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və davamlı inkişafın dəstəklənməsinə yönəlib.
-
Azərbaycanın qeyri-neft və qaz ixracı 2024-cü ildə 0,3% artaraq 3,4 milyard dollara çatıb. Bu artım əsasən kənd təsərrüfatı və qida məhsullarının ixracındakı yüksəlişlə bağlı olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin son İxrac icmalı hesabatında qeyd edilib.
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
Rəy yaz