
Azərbaycan hökuməti Türkiyənin Pegasus aviaşirkətinin İstanbul-Qəbələ-İstanbul aviamarşrutu ilə uçuşlar həyata keçirməyə icazə verib.
“Azerbaijan Airlines” QSc-nin mətbuat katibi Paşa Kəsəmənski Turan-a bildirib ki, Qəbələ beynəlxalq hava limanı aviaşirkətin öz seçimidir. Uçuş tarixi və intensivliyini Pegasus aviaşirkətinin özü müəyyən edəcək.
Budapeşt-Bakı-Budapeşt marşrutu ilə uçu həyata keçirmək üçün Wizz Air aviaşirkətinə icazə verilib. Müvafiq məktub Macarıstan aviaşirkətinə 24 avqustda göndərilib. Amma aviaşirkət 2016-cı ilin martından uçuşlara başlayacaq. Yaxın vaxtlarda detallar razılaşdırılacaq.
AZAL nümayəndəsi deyib ki, bu ilin qışında Türkiyənin özəl aviaşirkətlərinin biri Lənkəran hava limanına uçuşlar həyata keçirməyi planlaşdırır. 08B
Rəy yaz