Fitch Ratings: Azərbaycan dövlət aktivlərini fəal şəkildə xərcləyəcək
Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli emitent defoltu reytinqini “Stabil” proqnozu ilə "BBB" səviyyəsində təqdiqləyib.
Agentlik qeyd edir ki, Azərbaycanın stabil reytinqi dövlət borcunun aşağı səviyyəsini və 2006-cı ildən neftin qiymətinin yüksək olduğu dövrdə toplanan gəlirlərin, xalis xarici aktivlərin böyük ehtiyatını əks etdirir.
Eyni zamanda neft və qazdan yüksək asılılıq zəif tərəf sayılır, çünki karbohidrogenlər ixraxın 95%-ni, büdcə gəlirlərinin 40%-ni və Azərbaycan ÜDM-in 40%-ni təşkil edir.
Neftin qiymətinin uzun müddət aşağı olması, həmçinin xərclərin azalmasından imtina dövlət aktivlərinin fəal xərclənməsinə gətirib çıxaracaq.
Fitch-in proqnozuna görə, 2015-ci ildə Azərbaycanda istehlak kreditləri 5,5% artacaq.
Manatın devalvasiyası dollarlaşmanın kəskin artmasına səbəb olub. Belə ki, xarici valyutada depozitlərin payı mayda 73%-ə çatıb.
Agentlik hesab edir ki, bank sektorunun kiçik həcmi hökumətə ona lazımi dəstək göstərməyə imkan verəcək. İyulda hökumət problemli aktivlərdən azad olmaq və Azərbaycan Beynəlxalq Bankını (bank sektorunun 35%-i onun payına düşür) özəlləşdirmək niyyətini bəyan etmişdi. Bu məqsədlə hökumət 100 milyon manat ayıracaq.–06D-
-
- Söz istəyirəm
- 29 Avqust 2015 13:07
-
- İqtisadiyyat
- 29 Avqust 2015 15:38
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz