Azercell-in Gənc OL tarif paketi ilə 50%-ə qədər endirimlər
Azercell Telekom MMC-nin Gənc OL tarif paketində endirimlər və kampaniyalar davam etməkdədir. İndi Genc OL tarif paketinə qoşulan abunəçilər daha çox məkanda (restoranlar, magazalar, fitnes, Təhsil, Əyləncə mərkəzləri və s.) 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar.
Adı | Endirim növü |
Byt Shoes | 30% endirim |
New Balance | 25% endirim |
Cacharel | 3 al 2 ödə |
Monica Ricci | Qış sezon geyimlərinə 30% endirim |
Enjoyment | 20% endirim |
US Polo ASSN | Gödəkçələrə 30% endirim |
Fried Chicken | Səbət menyu cəmi 6.9 AZN (30% endirim) əlavə olaraq 20% endirim bütün sifarişlərə |
Cosy Cafe & Lounge | Xüsusi menyu 5 AZN (60% endirimlə) |
Lavazza Espression | Xüsusi menyu 5 AZN (45% endirimlə) |
İzmir Express | Xüsusi menyu 50%-dək endirimlə |
Şahdağ Turizm Mərkəzindən | 50% endirim |
FLO | 15% endirim |
Prespectiv | 20% endirim |
Edem Fitness & Spa | 30% endirim |
Royal club Fitness & Spa | 30% endirim |
MegaCity Fitness & Spa | 30% endirim |
Kristal Fitness & Spa | 30% endirim |
Sport city Fitness & Spa | 30% endirim |
Bestel | 15% endirim |
Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nomrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir. Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.
Azercell-in sözügedən paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs Gənc OL abunəçiləri arasında hər ay 2GB İnternet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.
Qeyd edək ki, Genc OL endirimlərinin sayı artmaqda davam edir.
Beləliklə, Sən də Gənc OL, Sərfəli Tarifdən Yararlan!
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.
İqtisadiyyat
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz