Futbolçu Cavid Hüseynovun işi üzrə ibtidai istintaq yekunlaşıb
Jurnalist Rasim Əliyevin ölümündə iştirakı olan "Qəbələ" FK-nin futbolçusu Cavid Hüseynovun işi üzrə ibtidai istintaq yekunlaşıb. Yaxın günlərdə iş mə göndəriləcək. Bu barədə Bakı şəhər Prokurorluğunun məlumatında deyilir.
Ann.az saytının müxbiri Rasim Əliyev futbolçu Cavid Hüseynovu facebookda tənqid etdiyinə görə avqustun 8-də sonuncunun qohumları tərəfindən döyülüb. Jurnalist ağır xəsarətlərlə 1 saylı şəhər klinik mərkəzinə çatdırılıb, bir gün sonra burada dünyasını dəyişib.
Qeyd edək ki, Əliyevin ölümü haqqında iş üzrə 6 nəfər həbs edilib. İstintaqın sonlarına doğru Hüseynova qarşı iş ayrıca icraata götürülüb. O, CM-in 307.1-ci (hazırlanan cinayət haqqında məlumat verməmə) və 307.2-ci (cinayəti gizlətmə) maddələri ilə ittiham olunur. Lakin müdafiə tərəfi hesab edir ki, cinayətin təşkilatçısı məhz Hüseynovdur.
Jurnalistin ailəsinin vəkili Əsabəli Mustafayev ibtidai istintaq yekunlaşdıqdan və tərəflər iş materialları ilə tanış olduqdan sonra Hüseynov barəsində işin ayrı icraata götürülməsini qanunsuz hesab edir. Mustafayev hesab edir ki, bu qərar “prokurorluğun Cavid Hüseynova kömək etməsinin” daha bir dəlili olub. “İlk gündən biz deyirdik ki, Hüseynov yalnız “cinayəti gizlətməkdə” ittiham edən Prokurorluq ona kömək edir. Bizim şübhələrimiz özünü doğruldur”, deyə Mustafayev bildirib.
Jurnalist Əliyevin ölümündə əli olmaqda ittiham olunan beş təqsirləndirilən şəxs barəsində iş bir müddət əvvəl məhkəməyə göndərilib. Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev 126.3-cü (sağlamlığa qəsdən ağır ziyan vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddə ilə ittiham olunur. Elşən İsmayılov və Arif Əliyev həmçinin oğurluqda (Azərbaycan CM-in 177.1-ci maddəsi) ittiham olunur. Hazırlıq iclası yanvarın 5-nə təyin edilib. -16/06D-
-
- İqtisadiyyat
- 29 Dekabr 2015 17:25
-
- Sual-cavab
- 29 Dekabr 2015 17:59
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz