Büdcə paketi prezidentə təqdim edilib
Sentyabrın 1-də baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda 2016-cı ilin dövlət və icmal büdcələri layihəsi, gələn ilin və qarşıdakı 3 ilin iqtisadi və sosial inkişafı konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib. Hökumətin rəsmi məlumatında bir rəqəm belə verilmir.
Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında qeyd edilir ki, iclasda Artur Rasizadə çıxış edərək dövlət büdcəsi layihəsinin sosial yönlü olduğunu bildirib. Maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məruzə edib. Dövlət büdcəsi layihəsi və başqa sənədlərin prezidentə təqdim edilməsi qərara alınıb.
İqtisadçı Rövşən Ağayev hesab edir ki, hökumət əhalinin gəlirlərinin azalmasına nəzərə alaraq investisiya xərclərini azaldıb.
2013-2015-ci illərin dövlət büdcəsini analiz edən iqtisadçı Qubad İbadoğlu hesab edir ki, hökumətin orta və uzunmüddətli düşünülmüş büdcə siyasəti yoxdur. «Yeni və hökumət üçün çətin iqtisadi situasiya yaranıb: neftin ucuzlaşıb, dövlət gəlirləri azalıb. Bu il üçün olan gözləntilərə görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 2013-cü illə müqayisədə 5 milyard manat və ya devalvasiyadan sonrakı məzənnə ilə 10 milyard dollar az icra olunacaq. Ona görə də, dəyişkən neft qiymətlərinin şərtləndirdiyi xarici ticarət və büdcə balansının zəif göstəriciləri bazasında makroiqtisadi və sosial sabitliyi qoruyacaq, iqtisadi artımı təmin edə biləcək 2016-cı ilin büdcəsini proqnozlaşdırmaq hökümət üçün o qədər də asan olmayacaq», deyə Qubad İbadoğlu düşünür.
2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 438 mlrd manat, xərcləri 21,1 mlrd manat təsdiq edilib. 08D
İqtisadiyyat
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz