Mətbuat-Monitorinq 02.09.15
Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin RF xarici işlər naziri Sergey Lavrovu qəbul etməsini ilk səhifələrdə yerləşdiriblər.
Bundan əlavə, şair Fikrət Qocanın “Şərəf” ordeni, Timuçin Əfəndiyevin prezdintin fəxri diplomu ilə təltif edilməsi haqda sərəncamlarının mətnləri də ilk səhifələrdə yer alıb.
“Azadlıq” qəzeti jurnalist Xədicə İsmayılın 7 il yarım azadlıqdan məhrum edilməsi, bu qərara beynəlxalq birliyin sərt reaksiya verməsini manjetə çıxarıb.
Tanınmış tədqiqatçı Tomas de Vaal Xədicə İsmayılın həbsinin əsl səbəbi kimi ölkənin hakim elitasının korrupsiyaya bulaşmış biznes fəaliyyətinə dair rüsvayedici həqiqətləri aşkar etməsini göstərir. Bu həbsə cavab olaraq X.İsmayılın da üzvü olduğu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi Əliyevlər ailəsinin SOCAR-ın adına Londonda 25 milyon dollara ev alması, hakim ailənin SOCAR hesabında olan iki yaxtasının dəyərinin 59 milyon dollar olması, bu yaxtalardakı səyahətlərin xaqlı hər il 12 milyon dollar neft gəlirindən məhrum etməsi haqda araşdırma aparıb.
Böyük Britaniya naziri Devid Lidinqton rəsmi Bakını X.İsmayılın işinə yenidən və ədalətlə baxmağa çağırıb.
Qəzet qeyd edir ki, kredit borcunu verə bilməyən Şəki şəhər sakini, azyaşçlı körpə atası Seymur adlı şəxs özünü asaraq intihar edib.
Ekspertlər ölkədə intihara səbəb kimi insan kapitalına sayğısız yanaşmanı, bankların basqılarını, sosial durumun ağırlığını göstərirlər.
“Yuxarı”ların Nəqliyyat Nazirliyinin fəaliyyətinə lüzum görmədiklərini yazan qəzet parlament seçkilərindən sonra bi nazirliyin ləğv ediləciyini bildirir.
“Ekspress” erməni silahlıların Tərtərin Qapanlı kəndində toy məclsini atəşə tutmasını önə çəkib.
Neft Fondu hazırda dünya bazarında bir bareli 47 dollardan yuxarı olmayan neftin dəyəri 60-61 dollara qalxdığı halda Fondun kəsiri olmayacağı barədə bəyanat səsləndirib.
“Exo” RF prezidenti Putinin MDB məkanının dollardan imtina etməsi təklifinə Azərbaycan ekspertlərinin “perspektivsiz və savadsız təklif” reaksiyanı ilk səhifəyə çıxarıb.
Qəzet ekspertlərə isnadən bildirir ki, ölkədə fəaliyyət göstərəcək bankların elan edilməmiş siyahısı var, dövlət və bir çox özəl şirkətlərə həmin banklarla əməkdaşlıq etmək tövsiyə olunur.
“Novoe Vremya” ölkə iqtisadiyyatının ağır böhran dövrünə girməsi ilə bağlı “iqtisadiyyatın məntiqi finalına gəlib çatması” mövqeyini diqqət mərkəzinə çəkib.
“Bizim yol” ölkənin ən iri tikinti şirkətlərindən “AzVirt”in layihələrini dayandırmasını, işçiləri kütləvi ixtisar etməsini “şirkətin çökməsi” kimi ilk səhifəyə yerləşdirib.
Qəzet “Cənubtikinti servis” ASC-də eyni işə görə xaricilərə aylıq 3000, azərbaycanlılara isə 300 manat maaş verilməsini diqqətə çatdırır.
Ölkədə cinayət hadisəsilə bağlı hal şahidliyi sistemində yalançılığən baş alıb getdiyini deyən ekspertlər etibardan düşmüş bu institutun ləğv olunmasını vacib sayırlar.
“Yeni Müsavat” RF xarici işlər naziri Lavrovun Azərbaycan səfərinə toxunaraq onun arxasında qarşıdakı parlament seçkilərində “Rusiyapərəst”lərə “kvota” istəməsi iddiasını ilk səhifəyə çıxarıb.
Jurnalist Rasim Əliyevin qətlində adı hallanan futbolçu Cavid Hüseynovun ev dustaqlığına buraxılması üçün etdiyi üçüncü müraciət də rədd edilib.
Kredit qalmaqalları ilə gündəmdə olan Beynəlxalq Bankın sağlamlaşdırılması üçün “Aqrarkredit” QSC hər birinin dəyəri 1 manat olan 3 milyard ədəd faizli təminatlı istiqraz buraxılışını qeydə aldırıb.
-
- İqtisadiyyat
- 2 Sentyabr 2015 12:21
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz