ABŞ Konqresi Helsinki Komissiyası Xədicə İsmayılovanın azadlığa buraxılmasını tələb edir
Ötən gün jurnalist Xədicə İsmayılovanın barəsində çıxarılan sərt hökmə cavab olaraq ABŞ Konqresi Helsinki Komissiyası bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətinin hərəkətini pisləyib.
Komissiyanın sədri Kristofer Smit və həmsədr, senator Rocer Uikerin adından yayılan bəyanatda deyilir: “Biz bu hökmdən və xanım İsmayılovanın həbsindən çox narahatıq. O, Azərbaycan hökumətində korrupsiyanı ifşa etmək cəhdinə görə azadlıqdan məhrum edilib.
Ötən ilin dekabrında onun həbsi və “Azadlıq” radiosunun Bakı bürosunun bağlanması mətbuat azadlığına birbaşa hücumdur. Bu hərəkətlər Azərbaycanın çoxsaylı beynəlxalq öhdəliklərinə və ölkənin daxili qanunlarna ziddir.
Biz Azərbaycan hakimiyyətini Xədicə İsmayılovanı və digər vicdan məhbuslarını dərhal azad etməyə çağırırıq”, - bəyanatda bildirilir.-02D-
-
- Cəmiyyət
- 2 Sentyabr 2015 12:02
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz