ATƏT PA İnsan Hüquqları Komitəsinin rəhbəri Xədicə İsmayılovanın azad edilməsinə çağırıb
ATƏT Parlament Assambleyası İnsan Hüquqları və Demokratiya Komitəsinin rəhbəri İsabel Santos jurnalist Xədicə İsmayılovanın azad edilməsinə çağırıb.
“Məlumdur ki, bu, siyasi motivli qərardır, öz ölkə rəhbərliyindən hesabat tələb etmək cəhdinə cavabdır.
Hər dəfə belə hadisə baş verəndə, jurnalist və ya vətəndaş fəalı təqib və ya həbs ediləndə Azərbaycan ATƏT-in demokratik dəyərlərindən və öz öhdəliklərindən uzaqlaşmış olur.
Hakimiyyəti bu avtoritar praktikanı ləğv etməyə və X.İsmayılova ilə yanaşı digər hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş fəallarını azad etməyə çağırıram”, - İ.Santos vurğulayıb.-02D-
-
- Siyasət
- 2 Sentyabr 2015 00:56
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz