
ABŞ jurnalist Xədicə İsmayılovanın 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərardan narahatdır. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
“Biz həmçinin istintaq və məhkəmə zamanı pozuntularla bağlı məlumatlardan narahatıq.
Bu, Azərbaycanda insan hüquqlarının, o cümlədən mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı geniş tendensiyaya daha bir nümunədir.
Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, kütləvi informasiya vasitələri demokratik prinsiplərin ayrılmaz hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.
Biz Azərbaycan hakimiyyətini X.İsmayılovanı və əsas azadlıqların həyata keçirilməsinə görə həbs olunan digər şəxsləri azad etməyə çağırırıq. Biz həmçinin Azərbaycan hökumətini əsas insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi üzrə beynəlxalq öhdəliklərə sadiq olmağa çağırırıq”, - bəyanatda deyilir. -0-
Rəy yaz