Prokurorluq indi də MeydanTV-lə maraqlanır
Sentyabrın 1-də jurnalist Sevinc Vaqifqızı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Jurnalisti müstəntiq Ramiz Alıverdiyev dindirib.
Bu barədə Meydan TV-yə danışan S.Vaqifqızı bildirib ki, ona verilən suallar avqustun 20-də Mingəçevir şəhərində baş vermiş hadisələrlə bağlı olsa da, sonradan sualların məcrası dəyişib: "Əvvəl sual etdilər ki, Mingəçevirə nə vaxt getmisən, həmin kadrları kim yayımlayıb, güya bunlar istintaq sirri sayılır. Mən cavab verdim ki, artıq şəhərə daxil olanda hadisələr sakitləşmişdi. Bundan sonra suallar Meydan tv haqqında oldu, rəhbərlik kimdir, qeydiyyat varmı, ümumiyyətlə, ordakı fəaliyyətim nə ilə bağlıdır, deyə sual edirdilər. Belə olanda suallara cavabı dayandırdım və "siz məni Mingəçevir, yoxsa Meydan TV ilə bağlı ifadə verməyə çağırmısınız" sualını verdim. Və mən ifadə verməkdən imtina etdim. Müstəntiq Ramiz Alıverdiyev Mingəçevirdə baş verən hadisə ilə bağlı çağırıldığımı bildirdi. Müstəntiqə dedim ki, saat 15-də həmkarım Xədicə İsmayılın məhkəməsinə getməliyəm, bu barədə sizə əvvəldən xəbər vermişdim. Müstəntiq Sənan Paşayevi çağırdılar ki, ifadəsini bitirmir, o da bunun mümkünsüz olduğunu deyib davam etdirilməsini istədi. Hətta məni Xədicə İsmayılla həbsxanada görüşdürəcəyini də dedi, cavab verdim ki, bilirəm necə görüşdürəcəksiniz. Bu görüşdən yalnız şad olaram. Bildirdi ki, yox, məktub verəcək, yalnız o şəkildə görüşəcəksiniz".
Müstəntiqin sualları Meydan TV ilə bağlı davam edib. -0-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz