Sergey Lavrov Qarabağ nizamlanmasında irəliləyişə ümid edir
Sentyabrın 1-də Bakıya gələn RF XİN rəhbəri Sergey Lavrov Azərbaycanın dövlət başçısı İlham Əliyevlə danışıqlar aparıb.
Söhbət zamanı o, BMT, ATƏT, Avropa Şurası və digər təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirib.
İkitərəfli münasibətlərin müxtəlif sahələrinə toxunan nazir deyib: “Bu ilin avqustunda Xəzər donanmasının üç hərbi gəmisinin Azərbaycana səfərinin təşkilinə görə təşəkkür edirəm. Ümid edirəm ki, azərbaycanlı dostlarımız bu ilin sentyabrında Sverdlovskda keçiriləcək hərbi-texniki məhsullar sərgisində iştirak edəcəklər”.
İqtisadi sahədə əməkdaşlıqdan danışan nazir Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının həcminin artdığını qeyd edib. O deyib ki, Azərbaycan tərəfinin qəbul etdiyi qərarlar həm də Rusiya yükdaşıma şirkətləri tərəfindən beynəlxalq yük daşımalarının artırılmasına xidmət edir.
Nazir bildirib ki, bu görüş ikitərəfli münasibətlərin, regionda vəziyyətin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkanlar yaradır. O, münaqişənin nizamlanmasında müəyyən irəliləyişin əldə olunacağına ümidvar olduğunu bildirib.-0-
-
- Foto sessiyalar
- 1 Sentyabr 2015 20:21
-
- Cəmiyyət
- 2 Sentyabr 2015 00:24
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz