- İqtisadiyyat
- 2 Avqust 2015, 18:04
- 202
Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə konteyner qatarının test buraxılışı
Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə konteyner qatarının test buraxılışı uğurlu olub. Koordinasiya edilmiş birgə səylər nəticəsində bu həftə Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə ilk konteyner qatarının buraxılması həyata keçirilib. Eyni zamanda, bu marşrutla daşınmaların rəqabətqabiliyyətli tarifləri müəyyən edilib və marşrut üzrə çatdırılma vaxtı 6-7 gün müddətinə təmin edilib. Marşrut Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamıdır və yükləri Şərq-Qərb dəhlizi ilə Çindən Mərkəzi Avropaya çatdırmalıdır. Artıq ona Transxəzər beynəlxalq nəqliyyat marşrutu adı verilib.
"Qazaxıstan Dəmir Yolları" SC-nin məlumatına görə, sentyabr ayında bu layihə çərçivəsində Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan -Türkiyə marşrutu üzrə ikinci konteyner qatarının göndərilməsi nəzərdə tutulub.
Bu, yazda Gürcüstanla Türkiyəni birləşdirən dəmir yolu tunelinin istismara verilməsi nəticəsində mümkün olub. Nəqliyyat nazirinin müavini Musa Pənahov bəyan edib ki, tunelin açılması vacib hadisədir. "Bu dəmir yolu magistralı daxili və beynəlxalq tranzit və ticarətin inkişafına kömək edəcək".
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərararsı sazişi əsasında həyata keçirilir. Layihəyə 98 km-lik Qars-Axalkələk dəmir yolu qolunun tikintisi daxildir. Bunun 68 km-i Türkiyə, 30 km-i Gürcüstan ərazisindədir. Gürcüstanda Axalkələk-Marabda-Tbilisi sahəsinin 183 km-i təmir edilib ki, buraxılış qabiliyyəti 17 mln tona çatdırılsın. Axalkələkdə təkərlərin dəyişdirilməsi stansiyası tikilib. Yeni xətlə ildə 30 mln ton yük daşınması nəzərdə tutulur. Azərbaycanın Nəqliyyat Nazirliyində "NQ"a deyiblər ki, BTQ Asiyadan Avropaya yük axınını artıracaq.
Azərbaycanda bu layihəyə xüsusi əhəmiyyət verilir. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun sözlərinə görə, BTQ trendlər formalaşdırır. "Bu yolla yük nəqli üçün Bakıda yeni Ələt beynəlxalq yük limanı tikilib. O, ildə 11,6 mln t yük qəbul edə biləcək", – deyə Məmmədov "Novosti-Qruziya"ya bildirib.
Gözlənildiyi kimi, Orta Asiya və Uzaq Şərq ölkələri layihəyə böyük maraq göstərir. Türkmənistan, Qazaxıstan və Əfqanıstanın ardınca Özbəkistan və Tacikistan da BTQ ilə yük nəqlinə maraq göstərir. "Azərbaycanın tranzit imkanlarından istifadə etmək istəyirik. Bakıda iri limanlar, Türkəminstanda Türkmənbaşı limanı var. Bu, bizim üçün rahat marşrutdur", – deyə Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov KİV-ə bildirib.
Bu məsələ yüksək səviyyəli ikitərəfli görüşdə də müzakirə edilib. Diplomatın sözlərinə görə, Tacikistan ildə Azərbaycan ərazisindən 1 mln ton yük daşıyacaq. Bunlar gil-torpaq və alüminiumdur. BTQ-nin açılması Tacikistandan yük daşınmasını daha rahat edəcək.
Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət nazirinin nəqliyyat şöbəsinin müdiri Davron Xocayev də BTQ-nin imkanlarından istifadə niyyətini bildirib. Xocayev Daşkənddə "Özbəkistan-Latviya-Aİ nəqliyyat dəhlizi" konfransında deyib ki, "Özbəkistan 3 yeni dəhliz, o cümlədən BTQ-dən istifadə imkanına baxır". "Birincisi BTQ ilə Avropa istiqamətindədir. Digəri Çin və Cənub Şərqi Asiyayadır. Üçüncü isə Türkmənistan, İran və Türkiyədən Avropa ölkələrinə gedən marşrutdur ", – deyə o qeyd edib.
Nömrə hazırlanan zaman məlum olub ki, Türkiyədə BTQ ilə ilk test qatarı buraxılıb. Bu barədə R.T.Ərdoğan Pekində çıxışı zamanı bildirib. TRT Haber telekanalının məlumatına görə, Türkiyə prezidenti BTQ-nin yük daşımalarında vacibliyinə diqqət çəkib.—0--
-
- Söz istəyirəm
- 2 Avqust 2015 14:59
-
- İqtisadiyyat
- 2 Avqust 2015 18:09
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz