- Söz istəyirəm
- 2 Avqust 2015, 14:59
- 96
Bəyanatın səbəbi bəlli oldu: Emin Millinin əmisi oğlu həbs edilibmiş
Emin Milli İlham Əliyevə və Ramiz Mehdiyevə təşəkkür etdi
"İndi öyrəndim ki, bir neçə gün qabaq mənim əmim oğlu Polad Abdullayev həbs edilibmiş. Qohumlarımın bəyanatı onu azad etdirmək üçün məcburi atılan bir addım idi. Polad indi azad olunub. Qohumlarıma qarşı kütləvi repressiyaların tətbiq olunması davam edir. Bir çoxu bu barədə danışmaq belə istəmir".
Bu sözləri Meydan TV-nin rəhbəri Emin Milli öz Facebook hesabında yazıb. "Qohumlar məcburi şəkildə Prezidentə məktub yazdığlarını inkar edirlər və öz xoşları ilə Prezidenti dəstəklədiklərini deyirlər. Əcəb edirlər. Qınamıram. Başqa qohumlar da məndən imtina eləsinlər. İncimərəm. Amma mən heç bir halda öz yolumdan dönən deyiləm. Mənim yolum haqq yoludur və bu yolu da mən sona qədər gedəcəm. Bunu hər kəs bilsin və öz qərarını indidən versin" - deyə Emin Milli qeyd edib.
Meydan TV-nin direktoru daha sonra baş verənləri tarixi hadisələrlə müqayisə edib: "Tarixdə bir çox diktatorlar edam edilməmişdən və ya həbs edilməmişdən qabaq onu tənqid edənlərin qohumlarına qarşı belə davranıblar, amma sonda xeyiri olmayıb. Bu repressiyalar da tarixin qabağını ala bilməyəcək. Əliyevlər Azərbaycan xalqına qarşı terror etdiklərinə görə məhkəmə qarşısında cavab verməli olacaqlar.
Hakimiyyət azad sözdən və onun yayılmasından indi çox qorxur. Onların iqtisadi və siyasi fiaskosu da yaxınlaşır. Neftin qiyməti düşüb. Neftin istehsalatı düşür. Xarici valyuta rezervləri azalır. Manatın növbəti devalvasiyasına hazırlaşırlar və insanların gözlərini etiraz etməkdən qorxutmaq istəyirlər. Meydan TV kimi azad medianın genişlənməsi və güclənməsi onlar üçün belə bir məqamda çox təhlükəlidir.
Hakimiyyər haqlıdır. Təhlükələr var. Hədəfləri də düz seçiblər. Amma mənim kimi hədəfləri vurduğca zəifləyəcəklər və daha çox insanı söz azadlığı uğrunda mübarizəyə qoşulmağa vadar edəcəklər. Son iki gündə yüzlərlə insan mənə və Meydan Tv-yə dəstək olacağlarını bildirdilər. Gücləndik. Buna görə də şəxsən İlham Əiyevə və Ramiz Mehdiyevə təşəkkür edirəm.
-
- İqtisadiyyat
- 2 Avqust 2015 14:02
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Rəy yaz