Fitch Ratings ADY-nin reytinqini neftə bağlayıb
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “2015-ci ilin birinci yarısında keçmiş SSRİ ölkələrinin nəqliyyat sektoru” adlı hesabatını açıqlayıb.
Hesabatda deyilir ki, “Dəmir yolu ilə yük daşımalarının həcmləri 2015-ci ilin 5 ayı ərzində regionun əksər ölkələrində azalmaqda davam edib. İlin ikinci yarısnda həmin ölkələrdə ÜDM-in artım tepmlərinin aşağı olması fonunda dəmir yolu ilə yük daşımalarının həcmlərinin zəif olacağını gözləyirik”.
Agentlik qeyd edir ki, keçmiş SSRİ ölkələrində neft nəqlindən asılı olan dəmir yolu nəqliyyat şirkətləri rəqabət təzyiqi də hiss edirlər, çünki neft boru kəmərləri ilə daşınır. Hesabata əsasən, reytinqdə iştirak edən dəmir yolu nəqliyyat şirkətləri valyuta məzənnəsinin dəyişməsindən asılıdır.
“Yerli valyutaların davamlı şəkildə zəifləməsi onların kredit ödəmə qabiliyyətinə mənfi təsir edə bilər”, - deyə “Fitch”də hesab edirlər.
Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasından danışan ekspertlər bidlirir ki, bu amil ADY-nin əhəmiyyətini artıracaq.
Xatırladaq ki, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar. Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir. İndiyədək ARDNF layihəyə $554 mln ayırıb. 2015-ci ilin yanvar ayında ilk sınaq qatarının Türkiyə sərhədinə qədər hərəkəti həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu 2015-ci ilin sonunda istismara veriləcək. --17D—
-
- İqtisadiyyat
- 2 Avqust 2015 13:56
-
- Söz istəyirəm
- 2 Avqust 2015 14:59
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz