
Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə mayın 3-də keçirilən hərracında gəlirlilik bir neçə faiz bəndi azalıb.
Bakı Fond Birjasının mılumatına görə, 7 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 44,4 mln manat, təklif isə 20 mln manat təşkil edib.
Hərracın nəticələrinə görə, istiqrazların maksimal gəlirliliyi 12%, orta gəlirlilik 11,55% olub. Apreldə bir neçə investor istiqrazları 15% gəlirliliklə almışdı. İstiqrazların tədavül müddəti 3 aydır.
Dövlət istiqrazlarının yerləşdirilməsinə bu ilin yanvarından başlanılıb. Maliyyə Nazirliyi ölkə daxilində yerləşdirmək üçün 400 mln manat və $500 mln məbləğində istiqrazlar emissiya edib. 08D
Rəy yaz