Məhkəmə müxalifətçinin həbs müddətini 6 ilə qədər azaldıb
Azərbaycan Ali Məhkəməsi Əli Seyfəliyevin sədrliyi ilə mayın 4-də Xalq Cəbhəsi Partiyasının Məclis üzvü Asif Yusiflinin kassasiya şikayətinə baxıb.
Xatırladaq ki, Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanılıb. İş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova verməsi üçün Yusifliyə 6500 manat verib.
Sonuncu bu rüşvət müqabilində Zülfüqarovanın oğlunun Ukraynada ali məktəbdə təhsilini təşkil etməyi vəd edib. Lakin sövdələşmə pozulub və Hüseynov pulu qadına qaytarmayıb.
Məhkəmə prosesi zamanı o etiraf edib ki, pulu alıb və Yusiflinin burada təqsiri yoxdur. Zülfüqarova da ziyanın ona ödənilməsi ilə əlaqədar şikayətdən imtina edib. Lakin 30 iyul 2015-ci il tarixində məhkəmə Yusiflini fırıldaqçılıqda və sənədləri saxtalaşdırmaqda təqsirli bilib və 7,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Sonradan apellyasiya məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Vəkil Fəxrəddin Mehdiyev bu gün Ali Məhkəmədən Yusifliyə bəraət verilməsini xahiş edib, belə ki, onun təqsiri sübuta yetirilməyib. O, həmçinin şikayətçinin Yusifliyə qarşı iddialarından imtina etdiyinə diqqət çəkib. Bu zaman vəkil qeyd edib ki, Yusifli ittihamı təkzib edir və siyasi motivli hesab edir.
Müdafiə tərəfi həmçinin Yusiflinin azad edilməsini nəzərdə tutan istənilən başqa qərarın da məqbul olacağını qeyd edib.
O, Yusiflinin himayəsində iki azyaşlı uşaq olduğu, onlardan birinin ağır formalı diabet xəstəliyindən əziyyət çəkdiyi faktını nəzərə almağı xahiş edib. Vəkil həmçinin Yusiflinin Qarabağ müharibəsi əlili olduğunu nəzərə almağı xahiş edib.
Lakin Ali Məhkəmə cəza müddətini 1,5 il azaldaraq, 6 il azadlıqdan məhrumetməyə qədər azaldıb. Vəkil bildirib ki, bu qərardan Ali Məhkəmənin Plenumuna və Strasburq Məhkəməsinə şikayət veriləcək.
AXCP lideri Əli Kərimli məhkəmənin qərarını “hakimiyyətin Qarabağ müharibəsi iştirakçılarına əsl münasibətinin” göstəricisi adlandırıb. -C06-
-
- İqtisadiyyat
- 4 May 2016 11:51
-
- İqtisadiyyat
- 4 May 2016 14:04
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz