
Bakı/18.09.17/Turan: Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iki ASC-nin nizamnamə kapitalını azaldıb, ancaq bu qərarın səbəblərini açıqlamayıb. Həmçinin kapitalın azaldılmasının metodundan da danışılmır.
"Cəlilabad Şərab" ASC-nin (kommersiya hüquqi şəxslərin reyestrində identifikasiya nömrəsi tanınmayıb) nizamnamə kapitalı 2 mln. 694,1 min manat azaldılaraq 368,6 min manat səviyyəsində müəyyən edilib. 1999-cu ildə yaradılmış bu SC-nin 99,7% səhmi dövlətə məxsusdur. Ötən il ƏMDK bu şərabçılıq zavodunun özəlləşdirilməsi üçün məsləhətçi müəyyən edilməsi üzrə müsabiqə keçirib. Müəssisənin səhmləri 2007-ci ildən investisiya müsabiqələrinə çıxarılır.
"Bakı Dəzgahqayırma" ASC (İNN 1000148361) 1982-ci ildən fəaliyyət göstərir. Zavodun 99,97% səhminə dövlət nəzarət edir (https://goo.gl/fkgdxF). SC-nin kapitalı 263,8 min manat azaldılaraq 1 mln. 522,1 min manat təşkil edəcək.
Qanunvericiliyə görə, şirkətlərin nizamnamə kapitalı iki yolla dəyişdirilə bilər: dövriyyədə olan qiymətli kağızların bir hissəsinin ləğvi, onların nominal dəyərinin dəyişdirilməsi.--08B--
Rəy yaz