Jurnalist Elçin İsmayıllı 9 il azadlıqdan məhrum edilib
Bakı/18.09.17/Turan: Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində jurnalist Elçin İsmayıllının işi üzrə prosesdə müttəhimə ittiham oxunub.
Məhkəmə onu CM-in 182 (hədə-qorxu yolu ilə pul tələb etmək), 308 (vəzifədən sui-istifadə) və 311 (rüşvət almaq) maddələri ilə təqsirli bilərək 9 il azadlıqdan məhrum edib. Bundan öncə prokuror onun 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Vəkil Elçin Sadıqov Turan-ın müxbirinə hökmün "əsassız və qanunsuz" olduğunu bildirib. O deyib ki, məhkəmə istintaqında jurnalistin günahını sübut edən səhih dəlillər təqdim edilməyib.
Müdafiə tərəfi hökmdən apellyasiya verəcək.
Jurnalist bu ilin fevralında həbs olunub. İttihama görə, jurnalist mədəniyyət və turizm şöbəsinin rəisi Azər Abbasovdan pul tələb edib. A.Abbasov Dövlət Təhlükəsilik Komitəsinə müraciət edib və qurumun əməkdaşları jurnalisti həbs ediblər.
Müdafiə tərəfinin məlumatına görə, əslində həmin pul borc kimi verilib.-06B--
-
- İqtisadiyyat
- 18 Sentyabr 2017 10:47
-
- Maliyyə
- 18 Sentyabr 2017 12:33
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz