Əkrəm Həsənov: �Pulun nağdlaşdırılması zamanı 1% vergi tutulması Konstitusiyaya ziddir�
Bakı/18.09.17/Turan: "Sentyabrın 19-da Ali Məhkəmə hesabdan pulun nağdlaşdırılması zamanı 1% vergi tutulmasının nə dərəcədə qanuni olması məsələsini həll etməlidir", - bank üzrə ekspert Əkrəm Həsənov bildirib.
O, Facebook səhifəsində yazıb ki, bu qaydanın ətrafında keçilməz bir dairə yaranıb.
"Hesabdan pulun nağdlaşdırılması zamanı 1% vergi tutulması bu ildən tətbiq edilib və mən dəfələrlə bu qaydanın absurd olduğunu yazmışam. Vergilər Nazirliyinə qarşı məhkəmə prosesində cavabdeh bildirib ki, guya mən 1% vergi tutan banka qarşı çıxış etməliyəm. Bakı İnzibati-İqtisad Məhkəməsi hesab edir ki, iddia Maliyyə Nazirliyinə qarşı verilməidir", - o bildirib.
Ə.Həsənov qeyd edib ki, Apellyasiya Məhkəməsinə müraciəti zamanı bildiriblər ki, Vergilər Nazirliyi cavabdeh ola bilməz, belə ki, nazirlik Vergi Məcəlləsinin əsasında fəaliyyət göstərir.
"Əgər Apellyasiya məhkəməsi nöqteyi-nəzərindən çıxış etsək, əgər qanun Konstitusiyaya ziddirsə bu halda heç kim bu qanunu tətbiq edən dövlət orqanına qarşı iddia edə bilməz. Faktiki olaraq onlar Konstitusiyanın birbaşa hüquqi qüvvəsini şübhə altına alırlar və vətəndaş öz konstitusiya hüquqlarını necə müdafiə etməlidir?", - bildirib.
Ekspert xatırladıb ki, əgər qanun Konstitusiyanın maddəsinə ziddirsə öz qüvvəsini itirir və iddia verilməsi zamanı bu mübahisəni məhkəmə həll edə bilər.
"Əgər məhkəmə instansiyası özü qiymətləndirə bilmirsə, Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Mən birbaşa Konstitusiya Məhkəməsinə müraciət edə bilmərəm. Çünki Vergilər Nazirliyinə qarşı iddia qaldırmışam. Mən bütün məhkəmə instansiyalarında itirdiyim halda Konstitusiya Məhkəməsinə müraciət edə bilərəm. Amma məhkəmələr mənim iddiama baxmaqdan imtina edirlər", - o bildirib.
Ə.Həsənovun fikrincə, əgər Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlasa, ölkənin hüquq sistemi üçün anormal vəziyyət yaranacaq və Konstitusiya ali qanun statusundan məhrum olacaq. -71D-
Maliyyə
-
Azərbaycanda bu ilin əvvəlindən elektrik enerjisi, təbii qaz və istiliyin bahalaşması illik inflyasiyaya 0,51 faiz fəndi artırıcı təsir edə bilər.
-
Azərbaycan, Mərkəzi Bankı (AMB) 2025-ci ildə dünya bazarında neftin 1 barelinin orta qiymətinin 77,3 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiymətinin isə 349 dollar olacağını proqnozlaşdırır.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin yekununda ölkədə iqtisadi artımın 3,3% olacağını, o cümlədən qeyri-neft-qaz sektorunda ümumi daxili məhsul (ÜDM) istehsalının 5,2% artacağını proqnozlaşdırır.
-
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,5%, 2026-cı ildə isə 3,8% ətrafında olacağı gözlənilir.
Rəy yaz