FAO iri fermer təsərrüfatlarının yaradılmasına kömək edəcək
Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Torpaqların konsolidasiyası” layihəsi üzərində işləyir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, layihə 3 mərhələdə yerinə yetiriləcək. Əvvəlcə torpaqların konsolidasiyası üzrə mövcud qanunvericiliyin təhlili və təkmilləşdirilməsi nəzərdə tutulur. İkinci mərhələdə beynəlxalq təcrübəyə əsaslanmaqla kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası və iri fermer təsərrüfatlarının yaradılması ilə əlaqədar milli strategiyanın hazırlanacaq. Yekun mərhələ pilot layihənin həyata keçirilməsi yolu ilə yerlərdə mövcud vəziyyətin daha detallı araşdırılması, kənd ərazilərinin inkişaf planlarının hazırlanması məsələlərini əhatə edəcək.
Azərbaycanda torpaq islahatı 1995-1996-cı illərdə həyata keçirilib. Nəticədə 830 min ailə torpaq sahibi olub. Mütəxəssislərin fikrincə, Azərbaycanda fermer təsərrüfatlarının yaradılması prosesi yavaş gedir. Bu isə zəif məhsuldarlıq, kənd yerlərində yoxsulluğun yüksək səviyyəsi ilə nəticələnib.
2015-ci ilin dekabrında Milli Məclis «Kənd təsərrüfatı kooperasiyası haqqında» qanunu birinci oxunuşda qəbul edib. Sənəd kənd təsərrüfatı istehsalı, tədarükü, emalı, kreditləşmə və s. üzrə kooperativlər yaradılması üzrə stimullaşdırıcı tədbirləri nəzərdə tutur.
2011-ci ildən hökumət dövlət torpaqlarından istifadə ilə özəl fermer təsərrüfatlarının yaradılması üzrə kompleks tədbirlər həyata keçirir. 08D
-
- Cəmiyyət
- 2 Mart 2016 11:02
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 354
Rəy yaz